İran Suriya prezidenti Bəşar Əl-Əssədin hakimiyyətdə qalması üçün böyük səylər göstərir və Yaxın Şərqdə təhlükəsizliyə ən ciddi hədədir. SİA-nın xəbərinə görə, bunu Birləşmiş Ştatlar Mərkəzi Komandanlığının rəhbəri general Ceyms Mattis deyib.
Dünən Senat dinləməsində çıxış edən general Mattis beynəlxalq ictimaiyyətin İrana qarşı sanksiyalarının onu mübahisəli nüvə proqramından çəkindirmədiyini deyib. O, eləcə də İranın prezident Bəşar Əl-Əssədi hakimiyyətdə saxlamaq üçün Suriyaya silah göndərdiyini bildirib: \"İran və onun əlaltılarının destruktiv fəaliyyəti onun Vaşinqtonda Səudiyyə Ərəbistanı səfirini öldürmək qəsdindən aydın görünür. İran dünyada sabitliyə və təhlükəsizliyə ən ciddi təhlükədir. Onun özbaşınalığı səhv hesablama potensialını artırıb.\"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB