Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında görüş keçirilib
Martın 5-də Çexiya Respublikasında işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın xarici işlər naziri Konstantin Qrişşenko ilə görüş keçirib. Azərbaycan XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələr əsas müzakirə obyekti olub, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələsi və regionda cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB