Prezident fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb
Azərbaycan respublikasının Prezidenti fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncamda bildirilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan dilçilik elminin inkişafında mühüm xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:
Axundov Ağamusa Ağası oğlu
Hacıyev Tofiq İsmayıl oğlu
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB