Sabina Freyzer: \"Həmsədr ölkələrin  heç biri seçkilər zamanı siyasi hakimiyyətini Qarabağ məsələsi ilə müqayisədə risk altına qoymaz\"

Sabina Freyzer: \"Həmsədr ölkələrin heç biri seçkilər zamanı siyasi hakimiyyətini Qarabağ məsələsi ilə müqayisədə risk altına qoymaz\"

Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer Avropa İttifaqının Bakı Ofisinin rəhbəri Roland Kobianın ittifaqın Dağlıq Qarabağ konfliktinin həllinə kömək etmək üçün yeni ideyalar təklif edəcəyi barədə fikirlərini şərh edib. SİA-nın xəbərinə görə, "BBC"-yə müsahibə verən təhlilçi deyib ki, Aİ azərbaycanlılar və ermənilər arasında inam yaratmaqla məşğul olur: "Siyasi rol oynamaqdan geridə qalıb".

O, bildirir ki, yaxın iki ildə münaqişənin nizmalanmasında ciddi bir addım gözləmir: "Çünki təkcə Azərbaycan və Ermənistanda deyil, həmçinin Qarabağ münaqişəsini nizamlanmasında iştirak edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkələrində - Rusiya, Fransa və ABŞ-da seçkilər keçiriləcək. Heç bir dövlət seçkilər zamanı siyasi hakimiyyətini Qarabağ məsələsi ilə müqayisədə risk altına qoymaz".

Sabina Freyzer hesab edir ki, Aİ Dağlıq Qarabağ məsələsinin həllini tapmaqda böyük rol oynamaqda maraqlıdır, lakin o, bunu azərbaycanlı və ermənistanlı gənclər, jurnalistlər, alimlər və idmançılarının görüşünü maliyyələşdirmək və onları həvəsləndirməyə çalışır, lakin siyasi razılıq əldə etməyə can atmır".

Bütün xəbərlər Facebook səhifəmizdə