İsrail prezidenti Şimon Peres Azərbaycanda yəhudi obyeklərinə qarşı törədilməsi planlaşdırılan terror aktının qarşısının alınması üçün xüsusi xidmət orqanlarının keçirdikləri əməliyyata görə, Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib. SİA-nın "Newsru.co.il"\' saytına istinadən verdiyi xəbərə görə, Ş.Peres İsrail dövlətinin Azərbaycan ilə əməkdaşlığı xüsusi önəm verdiyini və ölkələr arasında hərtərəfli əməkdaşlığın inkişafından məmnun olduğunu deyib.
Öz növbəsində prezident İlham Əliyev xoş sözlərə görə İsrail prezidentinə minnətdarlığını bildirib. Azərbaycan prezidenti etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın qanun tərəfindən müdafiə olunacağını bəyan edib. Azərbaycan prezidenti İsraillə bütün sahələrdə, əməkdaşlığın davam etdirəcəyini bildirib, Şimon Peresin Azərbaycana 2009-cu ildə reallaşmış səfərinin münasibətlərin inkişafına yeni nəfəs verdiyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan MTN-in yaydığı xəbərə görə, terror hücumlarının əsas hədəfləri İsrail səfirliyi və XXABAD dini cərəyanının mərkəzi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB