İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustan muzeyinin açılışında iştirak ediblər
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da Qobustan muzeyinin açılışında iştirak ediblər. SİA-nın məlumatına görə, əvvəlcə dövlət başçısı və xanımı muzeyin tikintisini və hazırkı vəziyyətini, Qobustan Tarix-Mədəniyyət və Landşaft Qoruğunun şəhərsalma layihəsini, eləcə də muzey və inzibati binanın ərazidə yerləşmə planını əks etdirən fotostendlərlə tanış olublar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin rəmzi açılışını bildirən lenti kəsdilər. Sonra dövlətimizin başçısı və xanımı muzeyin eksponatlarına baxıblar. Daha sonra Azərbaycan prezidenti və xanımı Qobustan Tarix-Mədəniyyət və Landşaft qoruğunun şəhərsalma layihəsi ilə bağlı videoçarxı izləyiblər. Muzeylə tanış olduqdan sonra prezident İlham Əliyevə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna gedən yolun, yolayrıcının hazırkı və gələcək vəziyyəti, buradakı körpüdə aparılacaq yenidənqurma işləri haqqında məlumat verilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində aparılan yenidənqurma işləri ilə də tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB