Milli Məclisin payız sessiyası başlayır

Milli Məclisin payız sessiyası başlayır

Bu gün Milli Məclisin 2011-ci il payız sessiyasının açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planına 18 məsələnin daxil edilməsi planlaşdırılır.

Milli Məclisin payız sessiyası sentyabrın 30-da öz işinə başlayacaq. Gündəliyə 27 məsələ daxildir. Birinci iclasda payız sessiyasının gündəliyi, həmçinin Azərbaycan hökuməti ilə bir sıra hökumətlər arasında imzalanmış 14 hökumətlərarası saziş təsdiqlənəcək.


Sessiyada bir sıra qanun layihələri müzakirəyə çıxarılacaq. Şəhərsalma və Tikinti Məcəlləsi birinci, Rəqabət Məcəlləsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. "Təhsil krediti haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi haqqında", "Ali təhsil haqqında", "Elm siyasəti haqqında", "Bələdiyyələrin hesabatı haqqında", "Mədəniyyət haqqında", "Muğam sənəti haqqında", "Pasiyentin hüquqlarının qorunması haqqında" qanun layihələri (birinci oxunuş), "Sosial xidmət haqqında" (ikinci oxunuş), "Həbs yerlərində saxlanılanların hüquq və vəzifələri haqqında" qanun layihələri də üçüncü oxunuşda təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com