Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort Azərbaycana gəlir

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən SİA-ya verilən məlumata görə, səfər sentyabrın 4-də gerçəkləşəcək. Filipp Lefort səfər çərçivəsində Azərbaycan prezidenti, xarici işlər naziri, müdafiə naziri, parlamentin spikeri ilə görüşəcək. Səfər sentyabrın 5-də başa çatacaq.

Qeyd edək ki, bu, Filipp Lefortun yeni vəzifədə Azərbaycana ilk səfəridir.

Bütün xəbərlər Facebook səhifəmizdə