İosif Şaqal: “İsrail Knesseti qondarma “erməni soyqırımı”nı heç vaxt qəbul etməyəcək”
İsrail Knessetində (Parlamentində) 120 deputat var və onlardan 110, hətta 115-i qondarma "erməni soyqırımı"nı heç vaxt qəbul etməyəcək. Bu barədə SİA-ya İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti, İsrail Parlamentinin keçmiş deputatı olan əslən azərbaycanlı İosif Şaqal deyib. O bildirib ki, parlamentdə yalnız 5 deputat onlar barədə qəzetlərdə müəyyən məlumat verilsin deyə "erməni soyqırımı"nı təbliğ edir və qəbul etdiklərini söyləyirlər. Onun sözlərinə görə, həmin deputatların bu işdə heç bir şansı yoxdur. İsrail parlamenti bunu heç vaxt qəbul etməyəcək, çünki bu, İsrail dövlətinin marağında olan bir məsələ deyil.
İ.Şaqal qeyd edib ki, ümumiyyətlə İsrail parlamenti "erməni soyqırımı" ilə bağlı məsələyə baxmır: "Hər hansı bir deputatın sözü ilə bu məsələ həll olunmur. Əvvəlcə bu suala komissiya iclasında baxılır və daha sonra qərar verilir. Əgər qərar qəbul olunarsa, bunu heç kim ləğv edə bilməz. Bu gün İsrail Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır və işğaq olunmuş topaqların geri qaytarılması üçün öz dəstəyini verir. Bizim nöqteyi-nəzərdən Qarabağ problemini masa arxasında danışıqlar yolu həll edilməsi daha məqsədəuyğun olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB