Bu gün hava necə olacaq?
Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar bürosundan verilən məlumata görə, bugün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı güman edilir. Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 755 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu isə 22-23 dərəcə isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə