Azərbaycanın XİN rəhbəri Gürcüstan rəsmiləri ilə görüşəcək

Azərbaycanın XİN rəhbəri Gürcüstan rəsmiləri ilə görüşəcək

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan rəsmiləri ilə müzakirə aparmaq üçün Tiflisə rəsmi səfərə gedir.

SİA-ya daxil olmuş məlumata görə, XİN başçısı Gürcüstan paytaxtında parlamentin spikeri David Bakradze və həmkarı Qriqol Vaşadze ilə görüşlər keçirəcək.

Həmçinin Gürcüstan prezidenti Mixail Saakaşvili ilə də görüş nəzərdə tutulub.

Bildirilir ki, görüş zamanı intensivləşən ikitərəfli əlaqələr, regional layihələrin həyata keçirilməsində hər iki ölkənin iştirakı əsas müzakirə mövzularından olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə