Tahir Kərimli: "Ölkədə partiyaların sayı həddən çoxdur, eləsi var ki, yalnız bir sədrdən ibarətdir" - MÜNASİBƏT
"Siyasi partiyaların yenidən qeydiyyatdan keçməsi məsələsi gündəmə gəlib. Bunun ciddiliyi nəzərə alınmalıdır. Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri Tahir Kərimli deyib.
Partiya sədri qeyd edib ki, Azərbaycanda kifayət qədər ictimai şüura təsir edən, eyni zamanda ətrafında iki nəfəri belə cəm etməyən partiyalar mövcuddur. "Mən elə hesab edirəm ki, siyasi partiyalar haqqında qanun çox ciddi bir məsələdir. Çünki ölkədə hədsiz dərəcədə çoxlu partiyalar var ki, onlar yalnız bir sədrdən ibarətdir. Onların bir partiya kimi fəaliyyətləri də nəzərə çarpmır. Amma çox təəcüblüdür ki, onlar rəsmi şəkildə qeydiyyatdadırlar. Bu da, cəmiyyətdə həqiqətən də, anarxizm yaradır. Ona görə də, mən hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının siyasi partiyaların yenidən qeydiyyatdan keçməsi ilə bağlı təklifi çox düzgün təklifdir", - deyən T.Kərimli siyasi partiyaların yenidən qeydiyyatdan keçirilməli olduğunu söyləyib.
"Dəqiq bilinməlidir ki, həqiqətən də, sturukturları, üzvləri, kifayət qədər bazası olan partiyalar yenidən qeydiyyatdan keçsin. Müxalifət nümayəndələrinin isə bu məsələnin əleyhinə çıxmalarını onların getdikcə öz dayaqlarını itirmələri ilə izah etmək olar. Çünki son olaylardan da, açıq gördülər ki, xalq birmənalı şəkildə müxalifətin bədnam niyyətlərindən imtina edir. Eyni zamanda bir çox partiyalar var ki, onlar öz ətraflarında digər müxalifət qurumlarını da cəm edib görüntü yaratmağa çalışırlar. Bunların sırasında Müsavatı, AXCP-ni xüsusi ilə qeyd etmək lazımdır. Bu cür partiyalar ətraflarına yedək partiyalar yığaraq, bloklar, birliklər yaradırdırlar. Beləliklə də, özlərini böyük göstərib xaricilərin nəzərinə səbəb olmağa çalışırlar. Onların məhz belə bir fürsət əllərindən çıxacaqlarına görə, bu cür mühüm məsələlərə qarşı çıxırlar", - deyə T.Kərimli əlavə edib.
TAPDIQ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB