Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə həsr olunan konfrans keçirilir
Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilir.
SİA xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Həmişə bizimləsiniz!” videoçarxının nümayişi ilə başlayıb.
Açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər.
Tədbir “Ailə, təhsil və cəmiyyət: gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət” və “Müasir informasiya mühitində gənclərin rəqəmsal savadlılığı və milli dəyərlər” mövzularında panel sessiyalarla davam edir.
Konfrans çərçivəsində gənclərin mənəvi dünyagörüşünün zənginləşdirilməsi, vətənpərvərlik ruhunda yetişdirilməsi, ailə və cəmiyyətin bu prosesdə rolu, müasir informasiya mühitinin dəyərlər sisteminə təsiri, eləcə də gənc nəslin zərərli ideoloji təsirlərdən qorunması məsələləri müzakirə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB