“Naxçıvanı Türkiyə ilə birləşdirəcək yeni layihələr strateji əhəmiyyət daşıyır“ -CEYHUN BAYRAMOV

“Naxçıvanı Türkiyə ilə birləşdirəcək yeni layihələr strateji əhəmiyyət daşıyır“ -CEYHUN BAYRAMOV

“Azərbaycan və Türkiyə enerji sahəsində də genişmiqyaslı əməkdaşlıq həyata keçirirlər. Bu istiqamətdə həyata keçirilən layihələr hər iki ölkənin enerji ehtiyaclarının təmin olunması ilə yanaşı, Azərbaycanın istehsal etdiyi enerjinin Avropa bazarlarına çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır”.
SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat üçün brifinqdə deyib.

Onun sözlərinə görə, bu çərçivədə Türkiyənin Azərbaycanın enerji layihələrində iştirakı xüsusi qeyd edilməlidir:

”Azərbaycan və Türkiyə arasında yeni enerji layihələrinin həyata keçirilməsi bu sahədə əməkdaşlığın daha da genişlənməsinə və iki ölkənin enerji potensialının birgə istifadəsinə imkan yaradır.

Xüsusilə Naxçıvanı Türkiyə ilə birləşdirəcək yeni layihələr strateji əhəmiyyət daşıyır. Bu layihələrin reallaşdırılması yaşıl enerji sahəsində də Azərbaycan-Türkiyə əməkdaşlığının yeni mərhələyə keçməsinə şərait yaradacaq. Azərbaycanın istehsal etdiyi yaşıl enerjinin həm Türkiyə, həm də Avropa bazarlarına Türkiyə üzərindən tranzitlə çatdırılması böyük potensiala malik yeni istiqamət kimi qiymətləndirilir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə