“Belə yüksək səviyyəli görüşlər dövlətlərarası münasibətləri möhkəmləndiririr” -DEPUTAT DANIŞDI
“Bu görüş Azərbaycanın xarici siyasətində çoxtərəfli əməkdaşlıq prinsiplərinin və strateji tərəfdaşlıq münasibətlərinin inkişafının mühüm göstəricisi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin qəbul edilməsi iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu nümayiş etdirir”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, bu görüş Azərbaycan ilə BƏƏ arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da möhkəmləndiyini təsdiq edir:
”Son illərdə iqtisadiyyat, enerji, investisiya, yaşıl enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişlənməsi bu əlaqələrin sistemli xarakter aldığını göstərir. Sözügedən görüş bu əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm mərhələ kimi dəyərləndirilə bilər.
Görüşün digər əhəmiyyətli tərəfi Azərbaycanın balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursunun praktik təzahürü kimi çıxış etməsidir. Azərbaycan həm regional, həm də qlobal müstəvidə etibarlı tərəfdaş imicini möhkəmləndirərək ərəb dünyası ilə münasibətlərə xüsusi önəm verir. Bu kontekstdə Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın iqtisadi layihələrinə maraq göstərən və strateji əhəmiyyət daşıyan tərəfdaşlardan biri kimi çıxış edir.
Bununla yanaşı, qəbul investisiya əməkdaşlığının genişləndirilməsi baxımından da xüsusi aktuallıq kəsb edir. BƏƏ şirkətlərinin Azərbaycanda, xüsusilə bərpaolunan enerji sahəsində iştirakı ölkənin iqtisadi modernləşmə və dayanıqlı inkişaf strategiyası ilə uyğunluq təşkil edir. Bu əməkdaşlıq modeli həm iqtisadi diversifikasiyanın gücləndirilməsinə, həm də enerji sektorunda innovativ yanaşmaların tətbiqinə töhfə verir.
Ümumilikdə, belə yüksək səviyyəli görüşlər dövlətlərarası münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsinə, beynəlxalq məsələlər üzrə mövqelərin yaxınlaşdırılmasına və qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının genişləndirilməsinə xidmət edir. Bu baxımdan, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ilə keçirilən görüş Azərbaycan–BƏƏ münasibətlərinin gələcək inkişaf perspektivləri üçün mühüm əhəmiyyət daşıyan siyasi və iqtisadi platforma kimi çıxış edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB