“Bu gün biz dünyada formalaşan yeni reallıqlardan danışırıq və bu reallıqlarda yalnız böyük güclərin mövqeyi deyil, daha geniş qlobal baxış tələb olunur. XXI əsrdə beynəlxalq münasibətlər əvvəlki dövrlərdən fərqli olaraq yeni məzmun qazanır. Yalnız Çin, Qərb və ya Şərq arasında münasibətlərə fokuslanmaq kifayət etmir, Qlobal Cənub da nəzərə alınmalıdır”.
SİA xəbər verir ki, bu fikirləri Ərəb Liqasının Baş katibi (2001–2011); Misirin xarici işlər naziri (1991–2001) Əmr Musa XIII Qlobal Bakı Forumda çıxışı zamanı səsləndirib.
Əmr Musa qeyd edib ki, Qlobal Cənub ölkələri beynəlxalq siyasətdə daha fəal iştirak edir: “Bərpa olunan enerji, inkişaf strategiyaları və digər qlobal məsələlər artıq yalnız supergüclər və böyük dövlətlər tərəfindən həll edilə bilməz. Qlobal problemlərin həlli üçün Qlobal Cənubun mövqeyi də nəzərə alınmalıdır”.
O vurğulayıb ki, XXI əsrdə “Qlobal Cənub” anlayışı hələ tam şəkildə müəyyənləşdirilməyib və bu səbəbdən müzakirələrdə əvvəlki düşüncə çərçivələrinə qayıtmaq lazım gəlir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB