Multimedia "Fitch": Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq
“Fitch" beynəlxalq reytinq agentliyi Ermənistan və Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin başlamasını qeyd edir və Bakı ilə münasibətlərin normallaşmasının Ermənistanın iqtisadiyyatının perspektivlərini yaxşılaşdıra biləcəyini hesab edir.
SİA-nın məlumatına görə, "Fitch" bunu Ermənistanla bağlı reytinq fəaliyyətində qeyd edib.
"Ermənistan və Azərbaycan sülh sazişinə nail olmaq məqsədi daşıyan birgə bəyannamə imzalayıb, bu da yaxın perspektivdə hərbi eskalasiya risklərini əhəmiyyətli dərəcədə azaldır. Yekun sazişin imzalanması qeyri-müəyyən olaraq qalır. Çünki bu, Ermənistanın Konstitusiyasına Qarabağla bağlı istinadların çıxarılması məqsədilə dəyişikliklər etməsindən asılıdır. Bu isə iyun ayında parlament seçkilərindən sonra ümumxalq referendumunun keçirilməsini tələb edir. Azərbaycanla və onun vasitəsilə ticarət açılmağa başlayıb. Türkiyə ilə münasibətlər əhəmiyyətli dərəcədə yaxşılaşır və məlumata görə, Türkiyə hökuməti Ermənistanla quru sərhədinin açılması imkanını nəzərdən keçirir", - "Fitch" qeyd edib.
Agentlik Ermənistanın uzunmüddətli reytinqini "BB-" səviyyəsində təsdiqləyib, proqnozu isə "sabit"dən "pozitiv"ə dəyişdirib.
"Fitch"in proqnozlarına görə, Ermənistanın ÜDM-nin artımı 2026-2027-ci illərdə ildə 5 % səviyyəsində olacaq: "Orta müddətli perspektivdə əlavə artım potensialı Azərbaycanla sülh sazişinin ardıcıl şəkildə həyata keçirilməsi və Türkiyə ilə sərhədin açılması hesabına yarana bilər".
Cari ildə dövlət büdcəsinin defisiti müdafiə xərclərinin azaldılması hesabına ÜDM-in 4,5 %-ni təşkil edəcək.
"2025-ci ildə cari əməliyyatlar hesabının defisiti 4,5 % təşkil edəcək və 2026-2027-ci illərdə bir qədər azalacaq", - agentlik vurğulayıb.
"Fitch" həmçinin Azərbaycanın bank sisteminin dollarlaşmasının yüksək səviyyədə olduğunu qeyd edir – 2025-ci ilin noyabrın sonuna depozitlərin dollarlaşma səviyyəsi təxminən 43,3 % təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB