"Prezident İlham Əliyevin Ağdərə və Tərtər rayonlarına səfəri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və məskunlaşma siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını aydın şəkildə ortaya qoyur. Dövlət başçısının bölgədə aparılan genişmiqyaslı infrastruktur layihələri, yaşayış məhəllələri, sosial obyektlər və iqtisadi təyinatlı qurumlarla yerində tanış olması Böyük Qayıdış proqramının real nəticələr verdiyini nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, bu səfər bir daha təsdiqləyir ki, azad edilmiş ərazilərin dirçəldilməsi təkcə fiziki infrastrukturun bərpası ilə məhdudlaşmır, paralel şəkildə sosial rifahın yüksəldilməsi, məşğulluğun təmin olunması və dayanıqlı iqtisadi inkişaf məqsədləri də prioritet təşkil edir: "Ağdərə və Tərtər rayonlarında yol-nəqliyyat şəbəkəsinin yenilənməsi, enerji və su təchizatının müasir standartlara uyğun qurulması, eləcə də təhsil, səhiyyə və digər sosial xidmətlərin əlçatanlığının artırılması əhalinin uzunmüddətli və təhlükəsiz məskunlaşmasına zəmin yaradır.
Prezidentin səfəri çərçivəsində görülən işlər regionun iqtisadi potensialının mərhələli şəkildə reallaşdırıldığını da göstərir. Kənd təsərrüfatının inkişafı, sənaye və xidmət sahələrinin formalaşdırılması, yeni iş yerlərinin açılması bölgənin sosial-iqtisadi canlanmasını sürətləndirir və geri qayıdan əhali üçün layiqli həyat şəraiti yaradır. Eyni zamanda, bu yanaşma ölkənin ümumi iqtisadi inkişaf strategiyası ilə uzlaşaraq regional balansın möhkəmləndirilməsinə xidmət edir.
Ümumilikdə, Prezident İlham Əliyevin Ağdərə və Tərtərə səfəri işğaldan azad olunmuş ərazilərdə dövlət siyasətinin məqsədyönlü, planlı və davamlı şəkildə həyata keçirildiyini, bərpa və məskunlaşma prosesinin artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi və ictimai hadisə kimi qiymətləndirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB