Bakıdan neft məhsullarının növbəti partiyası Ermənistana yola salınıb - FOTOLAR
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.
SİA xəbər verir ki, 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.
Xatırladaq ki, bundan əvvəl, 18 dekabrda Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB