"Heç bir qurumun Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur" -SAHİBƏ QAFAROVA
"Azərbaycan beynəlxalq hüququn prinsipləri əsasında hərəkət edərək milli maraqlarını müdafiə etmək hüququnu özündə saxlayır və ona qarşı edilən hər hansı qərəzli yanaşmaya müvafiq şəkildə cavab verəcəkdir". SİA-nın verdiyi məlumata görə bu sözləri Milli Məclisin növbəti plenar iclası zamanı çıxışında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, bu yanaşmalara qarşı mübarizə aparılacaq: "Demokratik institutların sərbəst fəaliyyət göstərməsi və tərəfdaş cəmiyyətin əsas elementlərinin bulunması və digər amillər dövlətimizin demokratiya yolunda irəliləyən israrlı əzm və iradəsini nümayiş etdirməlidir. Biz əminik ki, qanunvericiliyin inkişafı, insan hüquq və azadlıqlarının müdafiəsi yalnız milli hüquq çərçivəsində və dövlətin suveren hüquqlarına ciddi hörmət göstərilməsi şəraitində təmin edilə bilər.
Mövcud dialoqlara dair alınmadığı birtərəfli qərarların qəbul etdirilməsi heç də əməkdaşlıq mühitinə və müzakirələrin məqsədinə xidmət etmir. Əksinə, bu cür yanaşma bərabərhüquqlu beynəlxalq demokratik əməkdaşlığı zədələyir və konstruktiv dialoq anlayışını dəyərdən salır.
Azərbaycan Respublikası insan hüquqları sahəsində beynəlxalq öhdəliklərin məsuliyyətli iştirakçısıdır və üzərinə götürdüyü öhdəlikləri ardıcıl şəkildə yerinə yetirir. Bununla yanaşı, biz ölkəmizdə münasibətlərin inkişafı naminə əsassız tələblərin yerinə yetirilməsinə və birtərəfli yanaşmalara səssiz qala bilmərik.
Bizim hökumətimiz beynəlxalq qurumlarla qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa və BMT-nin müəyyən etdiyi standartlara uyğun münasibətlərin inkişafına açıqdır. Lakin heç bir qurumun Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB