Böyük qürur və fəxarət hissi ilə qeyd etmək olar ki, bu gün dünya siyasi arenasında türkdilli dövlətlər, bəzi müsəlman ölkələri xüsusi çəkiyə, böyük nüfuza, hörmətə malikdilər. Əsasən də, Azərbaycan, Pakistan və Türkiyənin dünya siyasət aləmində oynadıqları rol dostları sevindirir, düşmənlərin isə bağrını yarır. Artıq birmənalı şəkildə deyilir ki, dünyanı idarə edən əsas güc mərkəzləri siyahısında Türkiyə, Azərbaycan və Pakistan dövlətləri də var. Bu üçlüyün qlobal güc mərkəzinə çevrilməsinin əsas səbəbi iqtisadi imkanlarının artması ilə yanaşı hərbi gücünün yüksəlməsidir.
Birmənalı şəkildə vurğulamaq lazımdır ki, günü-günüdən hər sahədə inkişaf edən dost, qardaş Türkiyə dünyanın hərbi gücünə və qüdrətinə görə qabaqcıl ölkələrdəndir. Təbii ki, Türkiyənin böyük qlobal gücə çevrilməsinin təməlində böyük öndər Mustafa Kamal Atatürkün əsasını qoyduğu siyasətinin bugünkü prezident Rəcəb Tayyib Ərdoğanın yorulmaz əməyi, müdrik siyasi iradəsi dayanır. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə iqtisadiyyatı böyük inkişafa, tərəqqiyə nail olub. 2005-ci ildə 324 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı hazırda 1 trilyon ABŞ dollarına yüksəlib. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur. 2020-ci ilin avqustunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə təxminən 320 milyard kubmetr təbii qaz ehtiyatı olan karbohidrogen ehtiyatları aşkar etdiyini açıqlamışdı. Prezidenr Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, qaz yatağının aşkar olunması Türkiyənin xaricdən enerji asılılığından xilas olmasına töhfə verəcək. Artıq aparılan sürətli işlər nəticəsində Türkiyənin Qara dənizdə yerləşən qaz yatağından çıxarılan qaz ilk dəfə quruya çatdırılıb. Türkiyə Prezidenti bu hadisəni "ölkənin enerji müstəqilliyi yolunda tarixi addım" adlandırıb. Qazanılan iqtisadi, sosial uğurlar söz yox ki, Türkiyə dövlətinin daha da güclənməsinə, Türk xalqının sosial rifahının yaxşılaşmasına xidmət edir.
Türkiyə hərbi qüdrətinə görə dünyanın lider dövlətlərindəndir
2025-ci il üçün dünyanın ən güclü ordularının siyahısı açıqlanıb. "Global Firepower"ın təqdim etdiyi orduların güc reytinqi siyahısı dünya üzrə 145 ölkənin ordusunu əhatə edib. Bir çox ölkələri geridə qoyan Türkiyə siyashıda 9 -cu yer də qərarlaşıb. Bu göstərici 2023 və 2024-cü illərə nisbətən daha uğurlu və müsbət göstəricidir. Çünki 2023-cü il sıralamasında Türkiyə 14-cü, 2024-cü il də isə dünyada güclü orduları sıralamasında 11-ci yerdə qərarlaşmışdır. Hazırda Türkiyə ordusunun dünyanın ən qüdrətli orduları siyasında 9-cu yerdə olması, bu ölkənin hərbi texnaloji imkanlarının sürətlə inkişaf etdiyini göstərir. Diqqətçəkən məqam ondan ibarətdir ki, , Türkiyənin dünya miqyasında gücünə güc qatan Pilotsuz Uçuş Aparatı (PUA) və zərbə PUA-sı sistemləri "Global Firepower"ın siyahısında nəzərə alınmayıb. Təbii ki, əgər "Global Firepower" müstəqil mövqe sərgiləyərək Türkiyənin yeni nəsl Pilotsuz Uçuş Aparatı (PUA) və zərbə PUA-sı sistemlərini də təhlillərinə əlavə etsə idi, o zaman Türkiyə təqdim olunana siyashıda daha ön sıralarda yer alardı. bildirilir.
Türkiyə istehsal etdiyi hərbi silah-sursatların xaricə satışında da müsbət irəliləyişlərə malikdir. Dost, qardaş ölkə dünyada silah ixracatı baxımından 11-ci yerdədir. Türkiyə 2023-cü il də xaricə 5,6 milyard dollarlıq hərbi texnika ixrac edib. 2024-cü ildə isə bu göstərici 7, 3 milyard dollar olub. 2025-ci ilin son 6 ayının nəticələrinə görə, Türkiyə 7 milyard dollarlıq hərbi texnikanı xaricə satıb. İlin sonuna qədər bu göstəricinin 8, 5 milyard dollara yaxın olacağı proqnozlaşdırılır. Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) 1069 hərbi hava vasitəsi ilə hava üstünlüyü təmin etmək gücünə sahibdir. "Kaan" başda olmaqla, 5-ci nəsil döyüş təyyarələri ilə bağlı planlar bu gücü daha da artırır. "Global Firepower" hərbi texnika satışını həyata keçirən dövlətlərin siyahısını təqdim edərkən yenə də pilotsuz uçuş aparatlrının və zərbə dronlarının xaricə satışını siyahısına əlavə etməyib. Halbuki, Türkiyənin "Baykar" şirkəti pilotsuz uçuş aparatlarının (PUA) istehsalı baxımından dünyada inqilaba bərabər nailiyyətlər əldə edib. "Bayraktar TB2", "Bayraktar TB3", "Akıncı" PUA-ları, "KızılElma" insansız qırıcılarını istehsal edən şirkət dünyanın 30-a yaxın ölkəsinə satış həyata keçirib. Avropa, Mərkəzi Asiya, Afrika bölgələrində yerləşən onlarla ölkə "Bayraktar TB2" PUA-sı alıb. Bu silahlar Suriya, Liviya, Qarabağ, Ukrayna kimi münaqişə bölgələrində aktiv istifadə olunub.
Türkiyənin hərbi texnikasının əsas alıcısı ABŞ-dır
Türkiyənin "Baykar" şirkətinin yaratdığı digər PUA "Akıncı"dır. Daha təkmil və güclü "Akıncı" ağır raketlər daşıya və uzun müddət hədəf üzərində uçuşlar həyata keçirə bilər. PUA artıq Türkiyə ordusunun silahlanmasına qəbul edilib və xaricə ixrac olunmağa başlayıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu "Global Firepower" dan fərli olaraq Türkiyənin "Baykar" şirkəti pilotsuz uçuş aparatlarının xaricə satışını təqdim etdiyi siyahıda əks etdib. Qeyd olunub ki, şirkət 2924-cü il də xaricə 5 milyard dollarlıq pilotsuz uçuş aparatı satıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun siyahısında Türkiyənin "Baykar" şirkəti dünyada silah satışına görə, siyahıda 8-ci yerdədir.
Türkiyənin hərbi texnikasının əsas alıcıları ABŞ, Azərbaycan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Ukrayna, Efiopiya, Mərakeş, Fransa, Tunis, Banqladeş, Birləşmiş Krallıq, Hindistan, Türkmənistan, Çin, Özbəkistan, Ruanda, Hollandiya, İordaniya, Kanada, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman hesab olunur. Diqqətçəkən məqam ondan ibarətdir ki, dünyanın hərbi gücünə görə, birinci sırada yer alan ABŞ Türkiyə istehsalı olan hərnin texnikaya və silahlara daha çox üstünlük verir. ABŞ 2023-cü il də Türkiydən 1 milyard 325 milyon dollarlıq, 2024-cü il də isə 1 milyard 457 milyon dollarlıq silah və hərbi texnika alıb. Bu göstəricinin 2025-ci ilin sonuna qədər 2 milyard dollara yüksələcəyi ehtimal olunur.
Türkiyənin hərbi gücünə güc qatan yeni silah
Türkiyənin hərbi gücünə güc qatan daha bir texnika isə bu ölkənin öz istehsalı olan ilk "Altay" tankını istehsal etməsidir. Mükəmməl gücə və geniş imkanlara malik "Altay" tankı dünyanın ən güclü tankları ilə rəqabət aparmaq imkanına malikdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın tarixdə müstəqil müdafiə sənayesini yaratmağa nail olacaqlarını bəyan edib. Prezident bildirib ki, modern savaş tankı olan "Altay"la nailiyyətlərimizi taclandırdıq: "Yeni "Altay" tankımız 10 il əvvəl ortaya çıxan prototipdən çox fərqli və üstün imkanlara malikdir. Digər müdafiə layihələrimiz kimi "Altay" tankının hazırlanması zamanı da çətinliklərlə qarşılaşdıq. Layihəmizə mane olmağa çalışdılar. Hər bir strateji məhsulda olduğu kimi, ona da "çirkab" atıldı. Gizli və açıq embarqolarla prosesi sabotaj etməyə çalışdılar. Bütün hücumlara məruz qalsaq da, təslim olmadıq, bir addım da geri çəkilmədik. Bu şəkildə ortaya çıxan tankımızı silahlı qüvvələrimizə çatdırırıq. Ordumuz sınaqlarını başa vurduqdan dərhal sonra tanklarımızın kütləvi istehsalına başlayacağıq".
Azərbaycan Ordusunun silah arsenalında Türkiyənin istehsal etdiyi hərbi texnika və silahlar daha çox üstünlük təşkil edir. "Baykar" şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatları, o cümlədən "Bayraktar TB2", "Kargu" PUA-ları, "Kobra" zirehli maşınları, "Qasırğa", "Sakarya" raket sistemləri və digər müasir texnika və silahlar Azərbaycan ordusunda yer alır. Hələ ikinci Qarabağ savaşı zamanı "Bayraktar TB2", "Kargu" PUA-ları vasitəsi ilə Ermənistan ordusunun darmadağın edilməsində geniş istifadə edilmiş və ən yüksək nəticələr əldə olunmuşdur. Müharibə Azərbaycan ordusunu parlaq hərbi qələbəsi ilə başa çatdıqdan sonra Türkiyənin "Baykar" şirkəti ilə Azərbaycanın Müdafiə Nazrliyi arasında geniş əlaqələr, əməkdaşlıq münasibətləri qurulmuşdur. Şirkətlə Azərbaycan Müdafiə Nazirliyi birgə pilotsuz uçuş aparatları istehsal edən zavod inşa edib, istehsal həyata keçirirlər.
Azərbaycan-Türkiyə qardaşlığı əbədi və dönməzdir
Azərbaycanla Türkiyə arasında mövcud olan, sarsılmaz dost, qardaş münasibətləri Böyük Öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Dahi Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamlarına söykənir. Hər iki dövlət beynəlxalq arenada, o cümlədən BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində bir-birinə dəstək olurlar. Bu baxımdan Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq əlaqələri dünya düzənində bir nümunəyə, bir misala çevrilib. Azərbaycanın və Türkiyənin birlikdə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP kimi meqalayihələrdən qardaş ölkələrimizlə yanaşı, digər xalqlar da faydalanır. Bu isə regionda və Avropada enerji təhlükəsizliyinə mühüm töhfələrin verilməsi deməkdir.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində Türk milləti, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana hər cür mənəvi, siyasi, diplomatik dəstək göstərdi. Ölkəmizdə təşkil edilən Zəfər paradında Azərbaycan və Türkiyə prezidentləri və onların orduları iştirak etdilər. 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzaladılar. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında əlaqələri, sarsılmaz münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan Prezident İlham Əliyev sənədlərin imzalanma mərasimində çıxışında Şuşa Bəyannaməsinin əlaqələrimizi ən yüksək zirvəyə qaldırdığını bildirib: "Bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad öz-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır".
Türkiyənin Kahramanmaraş vilayətində baş verən dağıdıcı zəlzələ zamanı on minlərlə insanın xəsarət alması, minlərlə insanın həyatlarını itirməsi Azərbaycan xalqını dərindən sarsıtdı. Yeddidən yetmiş yeddiyə qədər hər bir azərbaycanlı zərər görən türk qardaş və bacılarımıza kömək etməyə çalışdı. Zəlzələnin baş verməsindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, ölkəmizin Türkiyənin dərdinə şərik çıxdığını, Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu bildirdi. Dövlətimizin başçısı 420 nəfərdən ibarət xilasedici heyətin qardaş ölkəyə göndərildiyini və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayacaqlarını qeyd etdi.
Prezident İlham Əliyev Türkiyənin Bakıdakı səfirliyini ziyarət edərək, zəlzələ nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi və Azərbaycan xalqının və dövlətinin hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında olduğumuzu bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyə qardaşlarımıza yardımçı olmaq üçün Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət təyyarələr, həmçinin 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Kahramanmaraş şəhərinə yola salındı. Azərbaycan Respublikası tərəfindən qardaş ölkəyə xilasedicilər, tibbi və inzibati heyət, könüllülərdən ibarət 867 həmvətənimiz göndərildi. Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Türkiyəyə yardım çağırışına qoşulan xalqımız qardaş xalqın köməyinə yetişmək üçün bir nəfər kimi səfərbər oldu. Bu kampaniyada Heydər Əliyev Fondu xüsusi ilə seçildi. Məhz kampaniyada Heydər Əliyev Fondunun təşkil etdiyi kampaniya çərçivəsində qardaş ölkəyə fasiləsiz humanitar yardımlar göndərildi. Dəstəyin daha bir nümunəsi Kahramanmaraş vilayətində inşa olunan "Azərbaycan" yaşayış məhəlləsinin alınmasıdır. Ümumi sahəsi 32 hektar olan məhəllənin layihəsinə əsasən burada yaşayış binaları, məktəb və uşaq bağçası, mədəniyyət mərkəzi salınıb. Artıq Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Kahramanmaraş şəhərində "Azərbaycan" yaşayış məhəlləsinin açılışı həyata keçirilib.
Təbii ki, əlaqələr, geniş qardaşlıq münasibətləri bundan sonra da davam edəcək. Çünki liderlərimizin də dediyi kimi, bizləri ancaq dövlətlərimizin adlarının Azərbaycan və Türkiyə olması fərqləndirir, irsimiz, dəyərlərimiz, dinimiz və dilimiz isə eynidir.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə