Firavanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq və bunun üçün də ilk növbədə, nifrəti, düşmənçilik ideyalarını bir kənara atmaq üçün ən azından primitiv ağıla sahib olmaq gərəkir ki, bunu haylar barəsində söyləmək olmur. Belə ki, davam edir və hələ də qonşularını özlərinə düşmən hesab edirlərsə, bundan sonra da həmin o “ağıl sahibi olmaq” ifadəsini haylar barədə söyləmək olmayacaq. Çünki güclü dövlət olmaq, normal qonşuluq münasibətləri qurmaq, regionda sülh şəraitində yaşamaq əvəzinə, qonşu dövlətə məxsus olan bayrağın yandırılması kimi hay ənənəsinin etnik nifrətin davamlı şəkildə təzahür etməsi ancaq axmaqlıq əlaməti, hətta sindromu sayılır.
Acizliyi, rəzaləti “qoçaqlıq” və “hünər” kimi göstərməkdə davam etmək artıq axmaqlıq sindromudur
Belə görünür ki, təhlükəsizliyinin, sabitliyinin, firavan həyat şəraitinin təmin edilməsi üçün Ermənistanın effektiv, müasir və həyat qabiliyyətli dövlət olmasının vacibliyini müzakirə belə etmək istəyən bir dənə də olsa hay tapılmır ki, ortaya çıxaraq, öz toplumuna bu barədə bir “ağıl” versin. Gah mifləri ortaya ataraq, özlərinin guya çox dərin köklərə, çox qədim tarixə malik olduqlarını, heç vaxt görmədikləri ərazilərə sahib olduqlarını göstərmək və ümumiyyətlə, bütün sadalananlarla bağlı “yoxsulluq komplekslərini” sanki ortaya qoymaq üçün dəridən-qabıqdan çıxırlar, gah da bunun, bu axmaqlığın acısını yaşadıqlarına görə özlərini ağır dərdli toplum olaraq sırımağa çalışırlar. Amma qətiyyən yanlışlıqlarını başa düşmək istəmirlər və hələ də axmaqcasına miflər yaratmaq və həmin miflərin kölgəsində yaşamaq, digər xalqlara, xüsusən də, türklərə nifrət toxumu səpmək kimi bir rəzaləti qəbul etmək, öz mövcudluqlarını ancaq buna sərf etmək ən böyük “hay amalı” sayılır.
Guya ki, nə vaxtsa erməni soyqırımının olduğunu məcburi şəkildə, özü də heç bir arqument, heç bir fakt olmadan bütün dünyaya sırımağa çalışan haylar bunun cəfəngiyyat olduğunu bilərək qəbul etməyənlərdən utanmadan inciyir, küsür və hətta onları özlərinə düşmən də hesab edirlər. Düşmən saydıqlarını, daha doğrusu düşmən kimi qələmə verdiklərini də guya “cəzalandırmaq” üçün də əllərini atırlar ən axmaq bir yola və başlayırlar bayraq yandırmağa. Bəli, etnik nifrətin təzahürü olaraq, bayraq yandırmaq kimi bir ənənə, daha doğrusu, axmaqlıq erməni cəmiyyətində ön plana keçir. Heç bir potensiala sahib olmadıqlarını başa düşdükləri üçün bayraq yandırmağı yeganə təsəlli hesab edən haylar, əslində, bununla öz acizliklərini açıb ortaya qoymuş olurlar. Hər dəfə bir yerə toplaşan haylar xüsusən də Azərbaycan bayrağını yandırmağı nədənsə hünər hesab edirlər. Azərbaycan Ordusunun, əsgərlərimizin, döyüşçülərimizin qarşısına çıxa bilməyən, dovşan kimi qaçan, silah-sursatını belə ataraq “aradan çıxan”, Ermənistanın künc-bucağına üz tutaraq gizlənən, sonra da ara sakitləşən zaman ortaya çıxan haylar küçə-bacada Azərbaycan bayrağını yandırmağı “qəhrəmanlıq” hesab edirlər. Hələ üstəlik, bunu qəhrəmanlıq kimi göstərməyə, yaymağa və qürrələnməyə də çalışırlar. Bunun adı isə elə yenə də axmaqlıqdır. Çünki bu, nəinki qəhrəmanlıq, hər şeydən əvvəl acizlik, rəzillik əlamətidir və belə rəzilliklə qürrələnmək də axmaqlıqdan başqa bir şey sayıla bilməz. Amma əgər, bu rəzalət, bu acizlik ardıcıl şəkildə davam edirsə, hələ də bunu “qoçaqlıq” və “hünər” kimi sırımaq fikri ön plandadırsa, deməli, bu artıq axmaqlıq sindromudur.
Bayraq yandırmağın, soyqırım uydurmalarının nəyə isə təsir edəcəyini düşünmək belə axmaqlıdır
Ən ağılsız yola əl atmaq hayların çoxdankı şakərləri hesab olunur və bu ənənələri də davam etmədədir. Tarix boyu öz səhvləri ucbatından hər dəfə “burunları əzilən” haylar bundan ağıllı və doğru nəticə çıxarmaq əvəzinə, ancaq bayraq yandırmaqla guya özlərini qisas almış kimi göstərib təskinlik tapırlar və bu da onların öz kölgələrindən belə qorxduqlarını təsdiq edir. Hər kəs yaxşı bilir ki, 44 günlük müharibə başlayana qədər özlərini dünyanın ən böyük qəhrəmanları kimi dünya ictimaiyyətinə sırımaq istəyən haylar döyüş başlayan andan ancaq qaçıb aradan çıxmaq haqqında düşünüblər və nəticədə də “bacardıqlarının” qaçmaqdan ibarət olduğunu ancaq göstəriblər. “Qoç döyüşünə qoç gərək”, zərb məsəlində də deyildiyi kimi, sözsüz ki, igid döyüşçülərimizin, xalqımızın qəhrəman oğullarının, qoç ərənlərimizin qarşısında tab gətirməyə haylarda nə cürət, nə cəsarət, nə də qoçaqlıq çatışmayıb.
Döyüş meydanından qaçmağa fürsət tapa bilməyən və buna görə də igid döyüşçülərimizin ayaqları altında qalan dırnaqarası döyüşçülərinin aqibəti deyəsən qaçıb aradan çıxmağa fürsət tapan haylara dərs olmayıb. Geriyə belə baxmadan, silahını belə götürmədən az qala son nəfəsinə qədər qaçan və Ermənistana dürtülərək canını qurtaran haylar özlərini xəlvətdə hiss edən kimi də başlayıblar qaçmaqda tayı-bərabəri olmayanları barədə gah miflər qoşmağa, gah soyqırım deyib yardım istəməyə, gah da payraq yandıraraq özlərinə təskinlik verməyə. Bax elə hayların əsl mahiyyəti hər zaman bundan ibarət olub. Heç zaman başa da düşməyiblər ki, soyqırım uydurmaları, yaxud da bayraq yandırmaları onları xilas edən, rəzil durumdan qurtaran deyil. Dərk edə də bilməyiblər ki, bundan sonra hər il bayraq yandırsalar da, hər ağızlarını açanda soyqırım deyə dünyaya səslənsələr də bunun onların acınacaqlı durumuna zərrə qədər də təsiri olmayacaq. Bunun əksini düşünmək, yəni, bayraq yandırmağın, soyqırım uydurmalarının nəyə isə təsir edəcəyini zənn etmək belə axmaqlıdır.
Qurtuluş konsepsiyası yaratmaq haylar üçün nədənsə bayraq yandırmaqdan, yalandan soyqırım deyə qara-qışqırıq salmaqdan daha rasional görünmürmüş
Bayraq yandırmaq belə təsirli olsaydı, nəyə isə dəlalət etsəydi, torpaqlarını işğaldan azad etmək üçün Azərbaycan düz 30 ilə yaxın diplomatik mübarizə aparmazdı və həmin mübarizənin əvəzinə Ermənistanda olan bayraqlardan da çox erməni bayrağı yandırardı. Ən azından haylar görməli idilər ki, döyüş meydanında qələbəni qazandıran da bayraq yandırmaq, yaxud da hansısa soyqırım uydurmasına bənzər yalanlar olmadı. Zəfəri qazandıran vətənpərvərlik, igidlik, ərənlik, milli birlik, ilk növbədə də düşünülmüş və ağıllı siyasət oldu. Hələ də haylar başa düşə bilmirlər ki, bayraq yandırmaqdansa, ağıllı şəkildə dövlət qurmaq, həmin dövləti də düşüncə ilə idarə etmək, ölkəni səfalətdən, rüsvayçılıqdan xilas etmək, normal münasibətlər quraraq sülhə nail olmaq və beləliklə də, iqtisadi cəhətdən belə iflic vəziyyətində olan ölkə üçün qurtuluş imkanları yaratmaq doğru yoldur. Məsələ burasındadır ki, işğalçı ölkədə heç kim üçün bu sadalananlar nədənsə, bayraq yandırmaqdan, yalandan soyqırım deyə qara-qışqırıq salmaqdan daha rasional görünmür. Daha dəqiq desək, bircə dənə də olsa hay tapılmır ki, rasional yolu görsün və aid olduğu topluma göstərsin. Göstərsin ki, güclü dövlət olmağın məhz bir xalqın soyqırıma məruz qalıb-qalmaması ilə heç bir əlaqəsi yoxdur. Başa salsın ki, əslində, dövlətçiliyi olan hər bir cəmiyyət üçün güclü dövlətin olması “aksiomatik” tələbdir və bayraq yandırmaqla da bu tələbi “qarşılamaq” mümkün deyil.
Haylar gec də olsa başa düşməli idilər ki, rasionallıq dövlətin qurulmasının praktiki prosesindən, əsaslı metodologiyadan başlayır, hindu və aborigen rituallarına bənzər qondarma “səhnəciklərdən” yox. Məsələ burasındadır ki, hələ də başa düşə bilməyiblər və başa düşənə də oxşamırlar. Əks halda, hər il aprelin 24-də bayraq yandırmaq kimi bir etnik nifrətin təzahürü olan axmaqlıqdan əl çəkərdilər. Siyasi identiklik dedikdə də, dövlət dedikdə də buraya soyqırım uydurmasının, yaxud da bayraq yandırmağın heç dəxli belə olmadığını başa düşərək, daşı ətəklərindən tökərdilər. Amma görünən odur ki, ətəklərindən tökmədikləri həmin daş sonda təpələrinə tökülürsə də “ağıllanmırlar” və elə sonsuza qədər axmaqlıq etməkdə də davam edirlər.
Diqqətə çatdıraq ki, haylar özlərinin müstəqil dövlətçiliklərinin guya bərpasından sonra bir cəmiyyət olaraq siyasi konsepsiyaların hazırlanması ilə bağlı hansısa bir “sahilə” çıxa bilmirlər. Ümumiyyətlə, belə bir siyasi məsələ ilə bağlı mühüm bir vəzifəni haylar heç zaman ciddi qəbul da etməyiblər. Ciddi qəbul etdikləri ya bayraq yandırmaq olub, ya da hardansa olmayan beyinlərinə dolan soyqırım uydurmalarını bacardıqca “şişirtmək” arzularına çatmaq. Belə bir toplum haqqında düşünəndə qeyri-ixtiyari olaraq ağıla gələn ilk növbədə əqli problemli bir xəstəxana olur. Yəni, ağıldan qüsurlu olanların toplaşdığı bir məkan dərhal adamın xəyalında canlanır. İndi tam əmin oluruq ki, məhz erməni cəmiyyəti, həmin cəmiyyətin ağılasığmaz dərəcədə məntiqsiz hərəkətləri haqqında düşünəndə əqli problemli mühit niyə yada düşür. Hər halda, özlərinə məxsus axmaqlıqları buna səbəb olur. Bu axmaqlıq da məhz etnik nifrətin təzahürü olduğu üçün, çətin ki, haylar bundan əl çəkələr və belə çıxır ki, etnik nifrətin təzahürü olan axmaqlıq elə hayların alınlarına yazılıb...
Bütün xəbərlər Facebook səhifəmizdə