...“Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya qarşı tənqidi fikirlərini ifadə edərək, Rusiyanı AZAL təyyarəsinin vurulmasında günahlandırıb. Ölkələr arasında getdikcə artan fikir ayrılığını və Moskvanın postsovet məkanında təsirinin zəiflədiyini vurğulayıb”.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The New York Times” yazır.
...Qeyd edək ki, artıq dünən Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin “qara qutularının” şifrəsinin açılmasını başa çatdırıb.
Braziliya mətbuatının məlumatına görə, qeydedicilərdən məlumatların çıxarılması və təhlili artıq başa çatıb.
Və məlumatlar Qazaxıstan hakimiyyətinə ötürülüb.
...Bu hadisələr fonunda Azərbaycan prezidenti İlham Əliyev Rusiyanı kəskin tənqid edib. O, fəlakətdə Rusiya Federasiyası nümayəndələrinin günahına inamını bəyan edib və ədalət, günahkarların cəzalandırılması eləcə də istintaqın şəffaflığını tələb edir.
Protokoldan kənara çıxan Əliyev rus dilində açıqlama verib ki, onun sözləri Moskvada və həlak olan pilotların rusdilli qohumları tərəfindən də eşidilsin.
...Putinin dekabrın 28-də faciəli insidentə görə üzr istəməsinə baxmayaraq, Moskva hələ ki, təyyarə qəzasına görə məsuliyyəti boynuna almayıb.
Bu, Rusiyanın imperiya təkəbbürünü” pisləyən Azərbaycanda hakimiyyətyönlü səslər arasında böyük səs-küyə səbəb olub.
Belə ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirib ki, Moskva keçmiş sovet ölkələrinə yuxarıdan aşağı baxmaqda davam edir və bu, yalnız çatları dərinləşdirir.
Əslində qeyd edilməlidir ki, bütün postsovet məkanında Rusiyanın nəzarəti zəifləyir.
Məsələn, Ermənistan artıq Rusiyanı təhlükəsizlik qarantı hesab etmir, Qərbə və İrana üz tutur.
Mərkəzi Asiya Putinin rəhbərliyi altında Ukrayna ilə müharibədə zəifləmiş və parçalanmış Rusiyanı görərək Çinlə əlaqələrini gücləndirir.
Dnestryanıda qaz nəqlinin dayandırılması regionun Moskvaya sədaqətini təhdid edib.
Yeri gəlmişkən, Qazaxıstanın başlatdığı araşdırma Azərbaycanda da təsdiqlənib.
Qasım-Jomart Tokayev “qara qutular”ın Braziliyaya təhvil verilməsini dəstəkləyərək, bunun ədalətli və qərəzsiz istintaqı təmin etməyin yeganə yolu olduğunu qeyd edib.
...Təbii ki, AZAL-ın təyyarəsinin vurulması Azərbaycanla Rusiya arasında tərəfdaşlığın məhdudluğunun növbəti sübutu oldu, çatları dərinləşdirdi və Moskvanın regionda zəifləyən təsirini önə çıxardı...
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə