"Ali Baş Komandan Prezident İlham Əliyev tarix yazan bir liderdir" - HULUSİ KILIÇ DANIŞDI
"Ali Baş Komandan Prezident cənab İlham Əliyev tarix yazan bir liderdir". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
O bildirib ki, Prezident İlham Əliyev 200 ildir tarixin gedişini dəyişdirən, 30 ildir erməni işğalı altındakı Qarabağı xilas edərək azərbaycanlıların dünyada başlarının dik yeriməsinə səbəb olan liderdir: "Öncə xalqım deyən, xalqı tərəfindən sevilən, nəyi, nə zaman, necə edəcəm deyərək addığı addımları uğurla atan, düşmənə qarşı dəmir yumruğunu göstərən liderdir.
O, "Mənim evim, ailəm Türk dünyasıdır, başqa dünyam yoxdur" dedi, millətinə sahib çıxdı. Türk Dövlətləri Təşkilatının güclənməsinə çalışan, güclənməsi üçün əlindən gələni edən Prezidentdir. Dünyada müstəmləkəçiliyə qarşı mübarizə aparan, müstəmləkə altındakı xalqlara dəstək verən, kritik anlarda doğru qərar verən və dünyada duruşu, intellektual bilgiləri ilə hörmətli yer almış liderdir.
Türkiyə ilə əlaqələrinə gəlincə Ulu Öndər Heydər Əliyevin siyasi mirasçısı olaraq Prezident seçildikdən sonra Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına çalışdı, bir çox layihəni Türk xalqına və dövlətinə iqtisadi imkanlar yaratdı, Şuşa bəyannaməsi ilə iki ölkə münasibətlərinin strateji, müttəfiqlik mərhələsinə çıxardı. Türkiyədə meydana gələn yanğın, zəlzələ hadisələrində Türkiyənin köməyinə qaçdı. Prezident İlham Əliyev türk xalqı tərəfindən sevilən, hörmət edilən bir liderdir. Qafqazlarda və Orta Asiyada siyasi və iqtisadi inkişafa yön verən hər kəsin sevgisini qazanmış liderdir".
Bütün xəbərlər Facebook səhifəmizdə