"Ermənistanla Suriya, Bəşər Əsəd rejimi arasında həmişə yüksək əlaqələr olub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, birinci, ona görə ki, Suriyada xeyli erməni yaşayır: "O nöqteyi-nəzərdən Suriya ilə Ermənistan arasında daim iqtisadi-siyasi, hərbi əlaqələr olmuşdur. Üstəlik, Ermənistan ordusunun tərkibində Suriyadan göndərilmiş partizan dəstələri də Azərbaycana qarşı vuruşub.
Ümumiyyətlə, beynəlxalq məclislərdə, beynəlxalq tədbirlərdə Suriya həmişə Ermənistanın xeyrinə Azərbaycanın zərərinə olan qərarlara səs vermişdir. Bu ölkə Azərbaycana qarşı çox alçaq və xain hərəkətlər edib. Bu nöqteyi nəzərdən bu rejim təkcə Türkiyəyə deyil, Azərbaycana da xeyli ziyan vurmuşdur.
Suriyada yaxın müddətdə vəziyyətin necə olacağı hazırda dünya mediasının müzakirə etdiyi məsələlərdən biridir. Suriya prosesində Türkiyənin əsas söz sahibi olması bu kontekstdə pozitiv reaksiyalarla müşahidə olunur. Yeri gəlmişkən, Türkiyənin Suriya ilə bağlı siyasəti dünya mediasında da geniş müzakirə olunur. Müxtəlif xarici media mənbələrində qeyd edilir ki, Türkiyə Suriya məsələsində üç əsas məqsədə nail olmağa çalışır: terrorizmlə mübarizə, Suriyanın ərazi bütövlüyünü qorumaq və suriyalı qaçqınların təhlükəsiz qayıdışını təmin etmək.
Eyni zamanda Türkiyədəki suriyalı qaçqınların qayıdışı daxili siyasətdə böyük təzyiq yaradır. Bu məqsədlə Türkiyə Suriyada sabitliyin bərqərar olması üçün siyasi həll yollarının vacibliyini vurğulayır. Ancaq suriyalı qaçqınların təhlükəsiz və könüllü qayıdışı üçün daha geniş beynəlxalq dəstək və əməkdaşlıq tələb olunur. Türkiyə bu prosesdə eyni zamanda Rusiya, İran və ABŞ-la olan münasibətləri balanslaşdırmağa çalışır".
Bütün xəbərlər Facebook səhifəmizdə