Yeni seçilmiş Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov KİMDİR? - DOSYE

Yeni seçilmiş Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov KİMDİR? - DOSYE

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinə yeni müavinlər seçilib. SİA xəbər verir ki, bu gün VII çağırış Ali Məclisinin birinci sessiyası keçirilib.

Sessiyada deputat Bəxtiyar Məmmədov Ali Məclis sədrinin birinci müavini, Arzu Abdullayev isə müavini seçiliblər.

Qeyd edək ki, Bəxtiyar Məmmədov 1971-ci ildə Naxçıvanda anadan olub. Naxçıvan şəhər 3 nömrəli orta məktəbdə təhsil alıb. Azərbaycan Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirdikdən sonra “Azərneftyağ” NEZ-də əmək fəaliyyətinə başlayıb. O, 2015-ci ilə kimi zavodda müxtəlif vəzifələrdə çalışıb. 2015-2016-cı illərdə Heydər Əliyev adına Neft Emalı Zavodunda şöbə rəisinin müavini, 2016-2019-cu illərdə Karbamid Zavodunun baş mühəndisi – direktor müavini olub. Bəxtiyar Məmmədov 2019-cu ildə SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru təyin edilib. Son təyinatadək həmin vəzifədə çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə