Baş nazirin müavini Şahin Mustafayev səs verib

Baş nazirin müavini Şahin Mustafayev səs verib

Baş nazirin müavini Şahin Mustafayev növbədənkənar parlament seçkilərində səsvermə hüququndan istifadə edib. SİA xəbər verir ki, o, 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 132 saylı uşaq bağçasında yerləşən 3 saylı seçki məntəqəsində səs verib.

Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə