Parlament seçkiləri mənim üçün xüsusi əhəmiyyət daşıyır - İlham Vəlizadə
"Azərbaycan gənci olaraq dövlətimizin uğurları ilə fəxr edirəm. Təbii ki, qalib ölkənin vətəndaşı olmaq qürurvericidir. Sentyabrın 1-də keçiriləcək parlament seçkiləri isə mənim üçün xüsusi əhəmiyyət daşıyır. Bu seçkidə ilk dəfə olaraq Azərbaycanın tamhüquqlu vətəndaşı kimi öz səsvermə hüququmdan istifadə edəcəyəm". SİA xəbər verir ki, bu sözləri"Seçki 2024" Müstəqil Media Mərkəzinə ilk dəfə səs verəcək İlham Vəlizadə deyib.
Onun sözlərinə görə, müstəqillik tariximizdə ilk dəfə olaraq bütöv Azərbaycanda keçiriləcək Milli Məclisə ilk seçkilərdə seçici kimi iştirak etmək xüsusi əhvali-ruhiyyə yaradır: "Mən Bakı şəhəri, Nizami rayonunda qeydiyyatdayam. Sentyabrın 1-də baş tutacaq parlament seçkiləri hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyətə malikdir. Xüsusilə, biz gənclər üçün bu seçkilərdə iştirak etmək ikiqat bayram əhvalı formalaşdırır. Bu seçkilər ölkəmizin gələcəyi üçün yeni imkanlar, yeni üfiqlər açır. İnanırıq ki, sentyabrın 1-də baş tutacaq azad və demokratik seçkilər yeni inkişaf mərhələsinin başlanğıcını qoyacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB