“Parlament seçkiləri Azərbaycanın rəqiblərinə qarşı tutarlı cavab olacaq” - Diaspor nümayəndəsi

“Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkiləri çox önəmli hadisədir. Ölkəmizin ərazi bütövlüyü tam təmin olunduqdan sonra keçirilən ilk parlament seçkiləri eyni zamanda Vətənimizə qarşı qərəzli mövqe tutan qüvvələrə xalqımızın tutarlı cavabı olacaq”. SİA xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Yeni Zelandiyada fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndəsi Qalib Mahmudov deyib.

O xatırladıb ki, bu seçkilər ölkəmizin suverenliyinin tam bərqərar olmasından sonra keçiriləcək ikinci seçkilərdir: “Daha öncə fevral ayının 7-də Prezident seçkiləri baş tutdu. Mən həmvətənlərimizi Prezident seçkilərində olduğu kimi, parlament seçkilərində də fəal olmağa, xalqımızı Milli Məclisdə və beynəlxalq tribunalarda təmsil edə biləcək layiqli namizədlərə səs verməyə çağırıram”.

Bütün xəbərlər Facebook səhifəmizdə