Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur - DEPUTAT

Dünyanın heç bir ölkəsində qanunvericilik çərçivəsində pensiya yaşının azaldılmasına baxılmır. SİA xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev bildirib.

O bildirib ki, bu gün dünyada uzunömürlülük artır.

"Pensiya yaşının azaldılması əvəzinə artırılması bu gün dünyada müzakirə olunur. Ona görə də azaldılması məsələsini gündəmə gətirəndə bunu nəzərə alasınız”, - deyə deputat bildirib.

Qeyd edək ki, parlamentin bu gün keçirilən iclasında bəzi deputatlar pensiya yaşının azaldılmasını təklif edib.

Deputat Sabir Rüstəmxanlı bildirib ki, bütün əhalinin təqaüd yaşına nəzər yetirmək lazımdır: "Veteranlar bizə məktub yazır ki, dövlət bizim təqaüd yaşımıza yenidən baxsın. Heç olmasa, onların təqaüd yaşlarını 62-ə salmaq olar. Qadınların təqaüdünə də baxmaq lazımıdır. Bu yaş həddi Azərbaycan üçün çox böyük rəqəmdir. Deyirlər ki, Azərbaycan uzunömürlülər məskənidir, amma bu deyim artıq nağıllarda qalıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə