"Azərbaycan və Türkiyə Gürcüstanın ən böyük tərəfdaşıdır" - GÜRCÜSTAN XİN RƏHBƏRİ
"Üçtərəfli formatda əməkdaşlığımızı aktivləşdirməyə hazırıq". SİA xəbər verir ki, bu barədə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə çıxışı zamanı Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili deyib.
Onun sözlərinə görə, bu gün regionda və dünyada mövcud olan çətinliklər və imkanlar müzakirə edilib: "Bu iki ölkə Gürcüstanın ən böyük tərəfdaşıdır. Gürcüstan Cənubi qafqazda sülhün və birgə yaşayışı dəstəkləyir. Ümidvarıq ki, Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalayacaq və bu regionda sülh və sabitlik üçün dönüş nöqtəsi olacaq".
Müəllif: Rəşid Qarayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB