“Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibədə Cənub Qaz Dəhlizininin əhəmiyyətinə toxundu, bu qaz kəmərinin Avropa və Azərbaycan üçün əhəmiyyətindən danışdı. Çünki nəticə etibarilə söhbət kifayət qədər uzun boru kəmərindən gedir və çəkildiyi coğrafiya boyunca tamamilə yeni münasibətlər sistemi yaradır. Yəni, Cənub Qaz Dəhlizi xətti üzərində olan ərazidə yerləşən dövlətlər arasında əməkdaşlığı daha üst mərhələyə qaldırır. Digər tərəfdən bu vaxta qədər qaz kəmərləri haqqında olan baxışın miqyasını dəyişir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, burada söhbət Azərbaycandan bütün Gürcüstan, Anadolu üzərindən keçərək İtaliyaya qədər uzanan marşrutdan gedir: “Bu marşrut bu gün 7 ölkəni qazla təchiz edir. Bir zamanlar reallaşmasının mümkünlüyü sual atında olan məsələ artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyinin etibarlı bir şəkildə təmin olunduğu müşahidə edilir. Azərbaycanın bundan sonra da qaz təchizatının Avropa ölkələrinə çatdırılması ilə bağlı məsələ də əməkdaşlığın mühüm istiqamətlərindəndir. Təbii ki, Azərbaycanın BMT-nin COP29 kimi mühüm tədbirinə ev sahibliyi etməsi də olduqca vacib amildir. Dünya dəyişdikcə yaşıl enerjinin istehsalı məsələsi də zərurət halını alır. Azərbaycan dövlət başçısı da müsahibəsi zamanı məsələ ilə bağlı vacib məqamlara toxundu”.

Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov da fikirlərini bölüşüb: “Cənab Prezident “Euronews” televiziyasına müsabibəsi zamanı Azərbaycanın mövqeyini, yanaşmasını əks etdirdi, mühüm məqamlara toxundu. Müsahibə zamanı Azərbaycanın hədəflədiyi məqsədlər barədə də dövlət başçısı öz mövqeyini açıq şəkildə bildirdi. Bu gün Azərbaycanın özünəməxsus baxışı, yanaşması var. Ölkəmiz öz enerji siyasətini uğurla həyata keçirir və Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu da bir sıra Qərb dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın etibarlı tərəfdaş olması dünya dövlətləri tərəfindən qəbul olunur, gün keçdikcə ölkəmizə olan maraq daha da artır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB