Bəzi çevrələr vəziyyət dəyişsin, gərginlik olsun istəyirdilər - NAZİR

Son 5 ay ərzində razılaşmalar əldə olunmasa da, Ermənistanla sərhəddə sülh və əmin-amanlıq mövcud idi. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında XİN rəhbəri Ceyhun Bayramov deyib.

"Bu 5 aya yaxın müddət Azərbaycan və Ermənistan şərti sərhədində ən sakit dövr idi. Bu dövrə nəzər salsaq, görürük ki, bəzi çevrələr bundan narahat idi və əllərindən gələni edirlər ki, vəziyyət dəyişsin, gərginlik olsun", - nazir deyib

Bütün xəbərlər Facebook səhifəmizdə