Seçkiyə ailə üzvlərinin şəxsiyyət vəsiqələrini götürüb gələnlər olurdu - MSK SƏDRİ

Seçkiyə ailə üzvlərinin şəxsiyyət vəsiqələrini götürüb gələnlər olurdu - MSK SƏDRİ

2000-ci illərə qədər seçkiyə ailə üzvlərinin şəxsiyyət vəsiqələrini götürüb gələnlər olurdu. SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasinin (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən "Qadınların seçkilərdə fəallığının yüksəldilməsi"nə həsr olunan dəyirmi masada deyib.

"Bəzən bir nəfər 2 və daha çox şəxsiyyət vəsiqəsini götürüb gəlirdi ki, səs versin. Kişilər həyat yoldaşlarının seçki məntəqəsinə gəlməyinə qarşı çıxırdı. Maarifləndirmə tədbirləri ilə bu cür mənfi halların, sui-istifadənin qarşısını almışıq. Polisin bu cür məsələlərdə rolu danılmazdır", - deyə MSK sədri bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə