"Bizim partiya sədrinin alternativi yoxdur" - POLİTOLOQ ŞƏRH ETDİ

"Bizim partiya sədrinin alternativi yoxdur" - POLİTOLOQ ŞƏRH ETDİ

"Cənab İlham Əliyev təkcə YAP-ın sədri deyil, o həm də Azərbaycan dövlətinin lideridir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda İlham Əliyevin reytinqi çox yüksəkdir. YAP-ın genişləndirilmiş iclasında cənab İlham Əliyevin namizədliyi ona görə irəli sürüldü ki, yeni dünya nizamında cənab Prezident xalqın edimadını yenidən qazana bildi. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, xalq ölkə başçısını sevir. Belə ki, hər qutunun yanında bir müxalif qüvvə dayanarsa belə, xalq yenə də İlham Əliyevə səs verəcək: "YAP-da kifayət qədər ziyalılar var və onları aktivləşdirmək lazımdır. Bu mənada bir növ cənab Prezident həm də YAP-ın gücünü yoxlayır. Çünki İlham Əliyev liderdir və bu cür liderlər öz xarizması ilə yanaşı, çalışırlar ki, xalqın onlara nə qədər güvəndiyini yoxlasınlar. Bütün hallarda YAP-ın idarə heyətinin qəbul etdiyi qərar ən düzgün qərardır. İnanıram ki, biz Yeni Azərbaycan Partiyası olaraq bu seçkiləri çox uğurla həyata keçirəcəyik. Sevindirici haldır ki, bizim partiya sədrinin alternativi yoxdur".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə