"Azərbaycan bir beyin mərkəzi olaraq dünyanın mərkəzinə əyləşəcək" - EKSPERT BİLDİRDİ
“COP29 Azərbaycanın milli maraqlarını, dünyada leqallaşmasını, müharibədən sonra imicinin bərpasını, erməni lobbisinin Azərbaycanla bağlı yaratdığı təəssüratların dağılması nöqteyi-nəzərdən çox vacibdir.” Bunu SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.
Ekspertin sözlərinə görə, COP29-un gündəliyi atmosferə atılan zərərli qazlar, iqlim siyasəti, beynəlxalq münasibətlərin əsas mövzularıdır: “Dünyada top 15 müzakirə mövzusuna daxildir və dünyanın gələcəyi nöqteyi-nəzərindən COP sammitləri özünün növbəti əhəmiyyətini göstərir. Beynəlxalq ictimaiyyət Azərbaycandakı Bakı deklarasiyasından öhdəliklər qəbul olunmasını, uzun illər Bakı deklarasiyası beynəlxalq iqlim məsələlərini gündəliyini təşkil etməsini gözləyir”.
Ə.Əlibəyli bildirib ki, Azərbaycan bir beyin mərkəzi olaraq dünyanın mərkəzinə əyləşəcək: “BMT-nin baş katibi, eyni zamanda 80 min qonaq bu konfrans üçün gəlir. Azərbaycan beynəlxalq ictimaiyyəti siyasi ürəyin döyündüyü bir məkana çevriləcək. Burada beynəlxalq ictimaiyyətin mövqeyi çox müsbətdir. Gözləntilərlə bağlı da informasiya əldə etdik, Ermənistanın da bu mövzuda bizi dəstəkləməsi böyük ölçüdə ciddi addımların atılması kimi görünür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB