“Cəmiyyətin ilkin rəyi YAP-ın düzgün qərar verdiyini göstərir” - ŞƏRH EDİLDİ

“Cəmiyyətin ilkin rəyi YAP-ın düzgün qərar verdiyini göstərir” - ŞƏRH EDİLDİ

“Cənab İlham Əliyev Azərbaycan siyasətində, dövlət idarəçiliyində özünü təsdiqləmiş və fəaliyyəti ilə uğur qazanmış insandır. Yeni Azərbaycan Partiyası İlham Əliyevin namizədliyini irəli sürməklə bu gün Azərbaycanda gedən inkişaf məsələlərinin onun rəhbərliyi ilə davam etdirilməsini təklif edir. Bu təkcə YAP-ın deyil, ümumilikdə Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin fikridir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, cənab Prezident Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir: “Regionların sosial-iqtisadi inkişaf məsələləri gündəmə gətirildi və bu gün regionlarda gedən inkişaf heç də paytaxtdan geri qalmır. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdı, ölkəmiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Prezidentimizin Ali Baş Komandan kimi Vətən müharibəsində, daha sonra isə bir günlük anti-terror tədbirlərində silahlı qüvvələrin fəaliyyətini koordinasiya etməsi ərazi bütövlüyümüzün təmin edilməsi ilə nəticələndi. YAP hesab edir ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük işlər görə biləcək. Cəmiyyətin ilkin rəyi də YAP-ın düzgün qərar verdiyini göstərir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə