"Sumqayıt şəhəri ölkənin öndə gedən regionlarından biridir" - ŞƏRH EDİLDİ
“Prezident İlham Əliyevin regionlara daimi səfərləri ənənə halını alıb. İyirmi ilə yaxındır ki, xüsusi proqramla məhz regionların inkişafı ilə məşğul olmuşuq. Bu illər ərzində də ölkə başçısı regionların inkişafı ilə yaxından maraqlanıb, demək olar ki, bütün əhəmiyyətli müəssisə açılışlarında şəxsən iştirak edib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.
Deputat bildirib ki, Sumqayıt şəhəri də ölkənin öndə gedən regionlarından biridir: “Orada neft-kimya və istehsalat kifayət qədər sürətlə inkişaf edir, xarici şirkətlər investisiyalar qoyurlar. Bu fonda da yeni iş yerləri açılır, bu da birbaşa əhalinin sosial vəziyyətinə öz müsbət təsirini göstərir. Yeni açılan istehsal, kənd təsərrüfatı obyektlərinin isə il keçdikcə daha çox faydasını görürük”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB