“Fransa öz daxili məsələlərini həll etməkdə acizdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Fransanın riyakar siyasəti təkcə Azərbaycana qarşı deyil, onun təsir olduğu digər ölkələrdə də özünü göstərir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Deputat sözlərinə belə davam edib: “Heç də təsadüfi deyil ki, bu gün Afrikada Fransa personalının ölkədən çıxmasını tələb edirlər. Dünyanın digər bölgələrində də Fransanın təsiri günü-gündən azalmaqdadır.
Bu gün Fransanın hansısa bir məsələnin həllində iştirakını görə bilmirik. Bütün bunların hamısı isə indiki Fransa hakimiyyətinin ənənəvi Fransa siyasətindən uzaqlaşmasından irəli gəlir”.
Aydın Mirzəzadə sözlərinə belə davam edib: “Fransa bu gün digər ölkələrin daxili işlərinə qarışmağı özünün daxili işləri ilə məşğul olmaqdan üstün tutur. Fransa bu gün demokratiya və insan hüquqlarını bir kənara qoyaraq pərdələnmiş işğalçılıq, qatı millətçilik, digər xalqların hüquqlarını tapdalamaq siyasətinə dəstək olur. Fransa bu gün digər ölkələrə nümunə yox, əksinə qeyri-nümunə siması göstərir. Fransanın Ermənistanın Azərbaycan torpağını işğal etməsini dəstəkləməsi, Ermənistanı müxtəlif səviyyələrdə müdafiə etməsi, Ermənistanı silahlandırması heç də ona nüfuz gətirmir. Hesab edirəm ki, bu siyasət Fransanın özündə də ciddi narazılıq doğurur. Təsadüfi deyil ki, həm Fransa parlamentində, həm ictimai həyatında Emmanuel Makronun apardığı siyasətə qarşı kəskin reaksiya var. Çünki Fransa cəmiyyəti ölkəsinin beynəlxalq birlikdə nüfuzdan düşdüyünün, özünün daxili məsələlərini həll etməkdə aciz olduğunun və vaxtaşırı təcribatlara əl atdığının fərqindədir. Amma Fransanın indiki siyasətinin fəalları unudurlar ki, bu gün dünya öz hüququnu müdafiə edə bilir. Azərbaycan heç bir zaman Fransa, yaxud da hansına ölkənin daxili işlərinə qarışmasına imkan verməyəcək. Vaxt gələcək gələcək fransız nəsilləri indiki hakimiyyətin riyakar, qeyri-demokratik və beynəlxalq hüquqa zidd siyasətinə görə üzr istəməli olacaqlar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB