“İnsan xalqına müxalif olmamalıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Təəssüf ki, radikal müxalifət özünü bu ölkənin bir hissəsi hesab etmir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, onlar özlərini Azərbaycandan kənarda tutur:
“Onlar keçmiş dövrlərdən qalan problemlərin belə artıq öz həllini tapdığını görmürlər. Daha doğrusu görmək istəmirlər. İnsan hər hansı partiyaya, təşkilata müxalif ola bilər. Amma dövlətçiliyə və xalqına müxalif olmamalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə