“Təəssüf ki, radikal müxalifət özünü bu ölkənin bir hissəsi hesab etmir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, onlar özlərini Azərbaycandan kənarda tutur:
“Onlar keçmiş dövrlərdən qalan problemlərin belə artıq öz həllini tapdığını görmürlər. Daha doğrusu görmək istəmirlər. İnsan hər hansı partiyaya, təşkilata müxalif ola bilər. Amma dövlətçiliyə və xalqına müxalif olmamalıdır”.