“Mənəviyyatsız və əxlaqsız bir ordunu yalnız Ermənistan formalaşdıra bilər” HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Mənəviyyatsız və əxlaqsız bir ordunu yalnız Ermənistan formalaşdıra bilər” HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Son 35 ildə Azərbaycana qarşı kifayət qədər çox sayda cinayətlər və xüsusilə də soyqırımları, etnik təmizləmələr və barbarlıq törədən Ermənistan tərəfinin bu dəfə uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğunu itin boynuna bağlayaraq mövqelərimiz istiqamətində yönəlməsinə məcbur etməsi, əslində, təəccüblü deyil”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Ermənistanın fərari ordusunun nə qədər qeyri- insani və ləyaqətsiz bir şəkildə bizimlə mübarizə apardığını, bizə qarşı fəaliyyətlər göstərdiyini dəfələrlə izləmişik: “Bu da sadəcə həmin o qeyri-insani ləyaqətsiz müharibə aparmaları kimi dəyərləndirilməlidir. Mənəviyyatsız və əxlaqsız bir ordu yalnız Ermənistan tərəfindən formalaşdırıla bilər. İstənilən halda bu cür istifadə beynəlxalq konvensiyalara və onların müvafiq protokollarına ziddir. Birmənalı şəkildə bu, Azərbaycan ordusuna qarşı növbəti terror aktı kimi qiymətləndirilməlidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə