Ortaq tarixə, mədəniyyətə və dəyərlərə sahib Türkiyə ilə Azərbaycan arasında mövcud münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərimi əsirgəməyəcəyəm.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu azərbaycanlı həmkarı ilə görüşündə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Nazir iki ölkənin ən çətin günlərdə daim bir-birini dəstəkləməsinin qardaşlığımızın yalnız sözdə deyil, əməldə də öz təsdiqini tapmasının göstəricisi olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB