“Ulu öndərə həsr olunan ”Liderin qəlbi” adlı film çəkilir” - MİXAİL QUSMAN
“Bu gün bu konfransda iştirak etməkdən məmnunluq duyuram. Bizi bura Heydər Əliyevin əziz xatirəsi toplayıb. Müxtəlif ölkələrdən bura qonaqlar gəliblər”. SİA xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda keçirilən beynəlxalq konfransda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.
Mixail Qusman sözlərinə belə davam edib: “Ulu öndər elə bir möhtəşəm insan idi ki, onun ondan çox kitabları, monoqrafiyaları yazılıb. Ona filmlər həsr olunub.
Onu da qeyd edim ki, Rusiyanın bütün televiziya kanallarında Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunan filmlər nümayiş etdiriləcək.
Sirr deyil ki, hazırda mən də öz komandamla Heydər Əliyevə həsr edilmiş film üzərində işləyirik. Filmin adı “Liderin qəlbi” adlanır. Film ona görə çəkilir ki, Heydər Əliyev tarixdə unikal bir şəxsiyyətdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB