“Biz bütün gücümüzlə millətimizin yanındayıq” - TÜRK POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Türkiyə bu səhər dəhşətli bir mənzərə ilə oyandı. Kahramanmaraşın Pazarcık rayonunda saat 04:17-də 7,4 bal gücündə zəlzələ baş verib”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.
Onun sözlərinə görə, zəlzələ bir çox əyalətdə hiss olunsa da, bölgənin əyalətlərində dağıntılar olub: “Dağıntılar altında qalmış vətəndaşlarımızla ən qısa zamanda sağ-salamat əlaqə saxlanılmasını diləyirəm. Rəbbim millətimizi hər cür fəlakətdən qorusun”.
Hakan Aktürk sözlərinə belə davam edib: “Bu fəlakətdən ən az zərərlə keçmək üçün dua edirik. Biz bütün gücümüzlə millətimizin yanındayıq. Ruhumuz sizinlədir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB