“Azərbaycan gəncliyinin banisi Ulu Öndər Heydər Əliyevdir” FOTOLAR

31 yanvar 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Azərbaycan gəncliyinin banisi Ulu Öndər Heydər Əliyevdir” mövzusunda tədbir keçirilmişdir. Tədbirə başlamazdan öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Şəhid leytenant Nəbiyev Orxan Rza oğlunun həyatı haqqında bəhs edən video çarx nümayiş olunmuşdur. Tədbiri giriş sözü ilə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa müddətdə dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlamışdır. Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir.

Sonra Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, Əngəxaran kənd tam orta məktəbin direktoru Fatimə Rüstəmova, Şamaxı Dövlət Regional Kollecin müəllimi Fərid Niftəliyev, şəhid atası Rza Nəbiyev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının 4-cü kurs tələbəsi Narınc Cəbrayılova çıxış edərək bildirmişlər ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Cənab prezident İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə sübuta yetirmişdir. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqət və qayğının nəticəsidir.

Daha sonra YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı tərəfindən Pauerliftinq üzrə Avropa çempionatının qızıl mükafatçısı Eynalov Elvin Ərəstun oğlu Fəxri Fərmanla təltif olunmuşdur. Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulmuş 5 nəfər gəncə isə üzvlük vəsiqəsi təqdim edilmişdir.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə