Xankəndidəki “Leninqrad blokadası” oyunbazlığı ifşa olundu! FOTOFAKT+AKTUAL

Qarabağ erməniləri yeyib-içib, kef edirlər...

Qarabağdakı cinayətkar-separatçı rejimin ekologiyamıza qarşı terrorlarına, o cümlədən, təbii sərvətlərimizin çapılıb-talanmasına qarşı Laçın yolu üzərində ötən ilin dekabr ayının 12-dən başlayan etiraz aksiyası tam sürəti ilə davam edir.

Lakin maraqlı məqam budur ki, Laçın yolunun üzərindəki dinc ekoaksiyanı az qala “900 günlük Leninqrad blokadası” ilə eyniləşdirməyəə cəhd göstərən, bu vasitə ilə ətəklərini aşlarına çəkib “humanitar böhran” barədə dünyaya car çəkən, xarici təşkilatları ölçü götürməyə çağıran erməni tərəfi Xankəndidəki geninə-boluna yeyib-içmək ab-havasını gizlədə bilməyiblər.

Ərzaq mağazalarının “boş” şəkillərini özlərinə və bəlli havadarlarına məxsus KİV səhifələrində yayan Qarabağdakı “əzabkeş” ermənilər sosial şəbəkələrdə Xankəndidə çəkilmiş və paylaşılmış kabablarla, spirtli içkilərlə dolu masa şəkillərini sildirməyi unudublar.

Yəni fakt budur ki, onlar sanki 1915-ci ildə olduğu kimi, bu dəfə də dünyaya kəf gəlmək istəyirlər. Məhz Azərbaycan blogerlərinin Xankəndidəki erməniləri ifşa etmələrinin ardınca erməni blogerləri Qarabağdakı ermənilərə zəngin ərzaqlarla dolmuş masa şəkillərini paylaşmamağa çağırıblar.

Yəni dünya onların “aclarından öldüklərini” görməlidir. Amma necə deyərlər, qatar gedib, çox gecdir – hər şey bütün çılpaqlığı ilə ortalıqdadır!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə