Rusiyanın iri teleqram kanalı erməniləri “ağ yudu, qara sərdi”! ŞƏRH+ÖZƏL
"Kremlyovskaya praçka": “Bəs ümumiyyətlə kimsiniz ki, sizinlə rus generalı danışsın? Hər halda onun nankor isteriklərinizin toplaşdığı və heç kim tərəfindən tanınmayan banan respublikanızdan daha vacib işləri var"
Ermənilər gərginlik yaratmağa davam edirlər. Rusiya sülhməramlılarının ünvanlarına yönələn təhdidlərə bəzi “xüsusi ağıllıların” məqsədləri də əlavə olunmaqdadır. Onlar Gümrüdəki 102-ci hərbi bazanı blokadaya almaq fikrindədirlər. SİA xəbər verir ki, bu barədə Rusiyada 250 mindən çox izləyicisi olan nüfuzlu “Kremlyovskaya praçka” teleqram kanalı yazır. Adıçəkilən kanal ermənilərin bu kimi oyunbazlıqlarını “odla oynamaq” kimi qiymətləndirib və yazıb ki, belə bir vəziyyət çox təhlükəli nəticələrə gətirib-çıxara bilər. SİTAT: “Bu sübut edir ki, İrəvanda kimdəsə özünüqoruma instinkti birdəfəlik itib. Rusiyanın hərbi bazasını mühasirəyə almaq qərarını “Milli demokratik qütb” (“MDQ”) adlı təşkilat verib. Əsasən həmin bəyanatı hərəkatın rəhbərlərindən biri – odioz Vaqe Qasparyan səsləndirib”.
"Paşinyan vaxtilə öz hakimiyyəti dövründə Qərbə tərəf yönələn birinci prezident Levon Ter-Petrosyanın şagirdi hesab olunur"
Teleqram kanalı xatırladıb ki, “MDQ” özündə qərbyönümlü oruentasiyaya mülik olan radikal erməniləri birləşdirir və yeni sistem onların nəzərincə məhz Vaşinqtonun patronajlığı altında qurulmalıdır. SİTAT: “Burada xatırlatmaq olardı ki, fəaliyyət göstərən erməni baş naziri Paşinyan vaxtilə öz hakimiyyəti dövründə Qərbə tərəf yönələn birinci prezident Levon Ter-Petrosyanın şagirdi hesab olunur. 1998-ci ildə o daha bir qərbpərəst, Aşot Belyanın seçki qərargahında koordinatorluq edib. Yeri gəlmişkən, Qarabağ münaqişəsinin ən qızğın dövründə o Bakını ziyarət etmişdi”.

“Agent Nikol” birmənalı olaraq, tamamilə və rəsmi şəkildə ABŞ-ın vassalları sırasında dayanmağa doğru can atır”
“Kremlyovskaya praçka” teleqram kanalı sual edir – belə olan halda biz nəyi müşahidə edirik? SİTAT: “Paşinyan bu cür müəllimləri ilə birmənalı olaraq qərbyönlü marionetə çevrilib. O, sadəcə yetkin olmayan vicdanı ilə Rusiya ilə müttəfiqlik münasibətlərinə söykənir və bunu yalnız özünə sərf edən vaxtlarda istifadə edir. “Agent Nikol” birmənalı olaraq, tamamilə və rəsmi şəkildə ABŞ-ın vassalları sırasında dayanmağa doğru can atır”.
“Lakin Ermənistanın baş naziri radikalların Rusiya hərbçilərinə təhdid yağdırmaq fəaliyyətlərinə susqunluq kart-blanşı verirsə - artıq bu həddini aşmaqdır”, yazan teleqram kanalı qeyd edib ki, 102-ci baza İrəvan üçün erməni dövlətçiliyinin qorunmasıının zəmanətidir. SİTAT: “Bu ərazilərdən Rusiya silahlı qüvvələrinin gedişi Vaşinqtona sərf edir, belə ki, Moskvanın regiondakı mövqeləri zəifləyəcək. Lakin bu, ermənilər üçün intihar olacaq. Axı Vaşinqton bu zaqafqaziya respublikasına nə vəd verib ki, o da birdəfəlik satılmağa, təxribatlar vasitəsi ilə fəlakətli sonunu yaxınlaşdırmağa razılıq verib?”
"Bütün demarşlar rəsmi erməni spikerlərinin sülhməramlı kontingentinə münasibətlərindəki narazılıqlarından qaynaqlanır"

Xatırladaq ki, adıçəkilən kanal bundan əvvəlki ittihamında da Ermənistanın Rusiyanın “kürəyindən xəncər vurub”. SİTAT: “Budur, artıq İrəvanda “Ruslar düşmənlərimizdir” çağırışları səslənir. İndi həmin hal “stepanakertdə” (dırnaqlar bizimdir) yəni Xankəndidə də səslənir və daha təhlükəki hal alır. Çünki birbaşa olaraq bizim hərbi qulluqçuları təhdid edirlər. Bütün demarşlar rəsmi erməni spikerlərinin sülhməramlı kontingentinə münasibətlərindəki narazılıqlarından qaynaqlanır. Ona görə də, anti-Rusiya aksiyalarının kimin sifarişçi olması heç də çətin deyil”.
Digər tərəfdən, adıçəkilən teleqram kanalı MDB ölkə başçılarının Sankt-Peterbuqdakı qeyri-rəsmi sammitinə də toxunub. Yazıb ki, məhz Paşinyan Rusiyaya qarşı növbəti iradlarını irəli sürüb və bildirib ki, Rusiya sülhməramlıları Laçın “dəhlizində” (yolunda) nəzarəti əldən veriblər. SİTAT: “Bundan sonrası texnikanın işidir – “dinc aksiya” görüntüsü altında heç də yaxşı görünməyən tarixə qədəm qoyulur. “Sabahın artsaxı” adlı “partiyanın” sədri Tiqran Petrosyanın tipindəki fəallar blokpostları mühasirəyə almağa hazırlaşırlar və sülhməramlı gücün komandanı Andrey Volkovla görüşməyi tələb edirlər. İfanın görünüşü sanki 2018-ci ilin “məxməri inqilabını” xatırladır. Həmin vaxt etiraz fəaliyyətləri Facebook üzərindən koordinasiya olunurdu və indi Petrosyan tipli ünsürlər yenidən sosial şəbəkələr vasitəsi ilə kütləni silkələməyə çalışır, “artsax xalqını” “Əgər Volkov bizim cəmiyyətə hörmətsizlik göstərərsə, biz daha kardinal ölçülər götürməli olacağıq” xarakterli təxribatçı rəylərinə dəstək verməyə çağırır”.
"Ancaq bəri başdan xəbərdarlıq ki, bundan sonra ağlamaq-sızlamaq olmayacaq”
.jpg)
“Kremlyovskaya praçka” teleqram kanalı sual edir: “Bəs ümumiyyətlə kimsiniz ki, sizinlə rus generalı danışsın? Hər halda onun nankor isteriklərinizin toplaşdığı və heç kim tərəfindən tanınmayan banan respublikanızdan daha vacib işləri var. Hər kəsə artıq anladıblar ki, “daağlıq” (dırnaqlar bizimdir) Qarabağda vəziyyətin nizamlanmasını təmin etmək üçün lazım olan hər şey edilir. Əgər verbal təmas yetmirsə, onda hadisələrin güc ssenarilərinə baxmaq olar. Ancaq bəri başdan xəbərdarlıq ki, bundan sonra ağlamaq-sızlamaq olmayacaq”, deyə ermənilərə xitabən adıçəkilən rus teleqram kanalı yazıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB