Hindistanın baş naziri Narendra Modi ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Modi Putinə Rusiya-Ukrayna müharibəsi ilə bağlı dialoq və diplomatiyanın yeganə irəliləyiş yolu olduğunu söyləyib. Telefon danışığında liderlərin ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, o cümlədən enerji, ticarət, investisiyalar, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq və digər sahələrə nəzər saldıqları bildirilir.
Açıqlamada, iki liderin müntəzəm təmasda olmaq barədə razılığa gəldiyi ifadə edilib və Modi Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə iki ölkənin birlikdə işləməsini səbirsizliklə gözlədiyini söyləyib.
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB