İşxan Verdyan: “Qarabağla bağlı istənilən siyasi iddialar fəlakətlə nəticələnəcək” TƏLƏB

Ermənistanın tanınmış blogeri İşxan Verdyan Ermənistan hakimiyyətini və ona bağlı olan media resurslarını hədəfə alan və sülh prosesini pozan addımlarını sərt şəkildə tənqid edib. SİA xəbər verir ki, Verdyan hələ də işğal altında qalan Azərbaycan torpaqları barədə fikir bildirib və Ermənistan rəhbərliyinə çağırış edib: “Nə qədər ki, Ermənistanın rəsmi mediaları qanunsuz quldurlara istinad etməkdən çəkinməyəcəklərsə, onları “Artsax hakimiyyəti” adlandırmağa davam edəcəksə sülh olmayacaq. Erməni ərazilərinin azad olmasını istəyirsiniz? Onda Azərbaycan ərazilərindən çıxın”.

Erməni blogeri bildirib ki, Qarabağ ermənilərinin həyat və təhlükəsizlikləri yalnız humanitar xətlə həll edilə bilər. “Qarabağla bağlı istənilən siyasi iddialar fəlakətlə nəticələnəcək”, deyə İşxan Verdyan bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə